Nazirlik rəsmisi: "Ötən il Azərbaycanda balıq ovuna 676,8 ton kvota verilib"
Balıq və digər su bioloji resurslardan istifadə qaydalarına əsasən, ötən il Azərbaycanda balıq ovuna 676,8 ton kvota verilib. Movqe.az xəbər verir ki, bunu "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentinin şöbə müdiri Qəhrəman Zahidli bildirib.Onun sözlərinə görə, 2015-ci ildə 139 ton kilkə, 146,1 ton siyənək və 391,7 ton axçalı balıq növlərinin ovlanmasına kvotalar ayrılıb.Nazirlik rəsmisi bildirib ki, kvotalar sifariş əsasında ayrılır: "Hüquqi və fiziki şəxslər kvota ilə bağlı nazirliyə elektron ərizə formasında müraciət edirlər".