Əlaqə Arxiv
news Image
2016.01.12
11:20
| A A A
Naxçıvan Səhiyyə Nazirliyi "donuz qripi”nin yayılması barədə məlumatlara münasibət bildirib

Naxçıvan Muxtar Respublikası (MR) Səhiyyə Nazirliyi Naxçıvan MR-də "donuz qripi"nin yayılması barədə son günlər mətbuatda gedən xəbərlərə münasibət bildirib. Movqe.az bildirir ki, Naxçıvan MR Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, MR Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiyalarla Mübarizə və Sanitar Karantin Nəzarəti şöbəsi tərəfindən MR-in sərhəd keçid məntəqələrində karantin tədbirlər görülür, digər ölkələrdən gələn şəxslər üzərində tibbi müşahidələr aparılır.Naxçıvan Səhiyyə Nazirliyi bildirir ki, bu günə qədər MR-in səhiyyə müəssisələrinə müraciət edən kəskin respirator infeksiyalı xəstələrdən götürülən laborator analizlərin nəticələrində "donuz qripi" (H1N1) virusu aşkar edilməyib. Görülmüş tədbirlər nəticəsində MR-də epidemioloji durum tam stabildir.

Sizin Reklam Yeriniz