Əlaqə Arxiv
news Image
2016.01.12
15:50
| A A A
Abşeronda 4 tona yaxın ətdən götürülən nümunələrin nəticələri açıqlanıb

Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində aşkarlanmış 4 tona yaxın mənşəyi məlum olmayan ətdən götürülən nümunələrin nəticələri məlum olub. Movqe.az APA-ya istinadən xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) rəisinin və Baş Dövlət Baytarlıq Müfəttişinin səlahiyyətlərini müvəqqəti icra edən Azər Süleymanov  açıqlamasında deyib ki, 4 tona yaxın ətdə bakterioloji çirklənmə, habelə bağırsaq çöpləri aşkarlanıb.O əlavə edib ki, 4 ton ətin arasında 2 baş atın ətinin olması da məlum olub: "Laboratoriyanın nəticələrinə görə isə yerdə qalan aqonik vəziyyətdə ölmüş heyvan ətidir".A. Süleymanov qeyd edib ki, 4 tona yaxın ət hazırda məhv edilir. Qeyd edək ki, DBNX yanvarın 9-da Abşeron rayonunun Aşağı Güzdək qəsəbə sakini Sərdar Şahverdiyevə məxsus heyvanların kəsimi və qəbulu məntəqəsində reyd keçirib. Reyd nəticəsində 4 tona yaxın mənşəyi məlum olmayan, qida üçün keyfiyyəti və  yararlığı şübhə doğuran heyvan cəmdəkləri, xeyli miqdarda sümükdən ayrılmış ət, heyvan sümükləri və skiletləri aşkar olunub.

Sizin Reklam Yeriniz