Əlaqə Arxiv
news Image
2016.01.13
11:20
| A A A
Təhsil şöbələrinin mühasibatlıqları və təsərrüfat qrupları Təhsil Nazirliyinin tabeliyinə verilir

Azərbaycanda şəhər və rayon təhsil şöbələrinin mühasibatlıqları və təsərrüfat qrupları Təhsil Nazirliyinin yeni yaradılan Ərazi Maliyyə Hesablaşma mərkəzlərinin tabeliyinə verilir.Movqe.az bildirir ki, Təhsil Nazirliyindən Trend-in sorğusuna cavab olaraq məlumat verilib ki, artıq şəhər və rayonlar üzrə nəzərdə tutulmuş təhsil xərcləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq Ərazi Maliyyə Hesablaşma mərkəzləri vasitəsilə həyata keçiriləcək. Məqsəd "Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli Fərmanının 12-ci və 13-cü bəndlərinə əsasən təhsil sahəsində maliyyə və inzibati resursların idarə edilməsini təkmilləşdirmək və mərkəzləşdirilmiş maliyyələşdirilməyə mərhələlərlə keçməkdir.Hazırda şəhər və rayonlar üzrə təhsil şöbələrinin mərkəzləşdirilmiş mühasibatlıqları və təsərrüfat qruplarının Təhsil Nazirliyinin müvafiq Ərazi Maliyyə Hesablaşma mərkəzlərinin tabeliyinə verilməsi, xərclərin mərkəzləşdirilmiş maliyyələşmə mexanizminin tətbiqinə başlanılması ilə bağlı verilmiş tapşırıqların icrası istiqamətində tədbirlər həyata keçirilir.Mərkəzləşdirilmiş maliyyələşdirilməyə mərhələlərlə keçirilməni təmin etmək məqsədilə ilkin olaraq bu il yanvarın 1-dən Sumqayıt şəhərində Sumqayıt şəhəri, Abşeron, Xızı, Qubadlı, Şuşa və Zəngilan rayonları əhatə olunmaqla 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi, İsmayıllı şəhərində İsmayıllı, Şamaxı, Qobustan və Ağsu rayonları əhatə olunmaqla 3 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi, Ucar rayonunda Ucar, Zərdab, Kürdəmir və Göyçay rayonları əhatə olunmaqla 11 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi və Sabirabad rayonunda Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonları əhatə olunmaqla 12 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi fəaliyyətə başlayıb.Cari ilin birinci yarısının sonunadək yeni maliyyələşmə mexanizminin tam tətbiqinin təmin olunması və digər 11 Ərazi Maliyyə Hesablaşma mərkəzlərinin də fəaliyyətə başlaması nəzərdə tutulur.Yeni mexanizmin tətbiqi ümumilikdə regionlarda yerləşən 4134 təhsil müəssisəsini, o cümlədən 3875 ümumi təhsil, 259 məktəbdənkənar təhsil müəssisəsini və həmin təhsil müəssisələrində çalışan 175 minə yaxın təhsil işçisini əhatə edəcək.

Sizin Reklam Yeriniz