Əlaqə Arxiv
news Image
2016.01.13
13:11
| A A A
Quduzluqla bağlı-Şok statistika
Ötən il ərzində 35 quduzluq xəstəliyi daşıyıcısı aşkarlanıb.  Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəlinin Movqe.az-a verdiyi məlumata görə, ötən il ərzində respublika üzrə 49 nümunə daxil olub. 49 nümunədən 35-də quduzluq xəstəliyinin daşıyıcı aşkarlanıb. Onun sözlərinə görə, quduzluq xəstəliyi ilə bağlı qeydə alınan statistik rəqəmlər 2014-cü illə müqayisədə eynidir.  Y. Xanvəli bildirib ki, bu ildən quduzluq hallarının qarşısını almaq üçün qeydiyyatda olan 251 min sahibli itin quduzluğa qarşı vaksinasiyasına start verilib. Onun sözlərinə görə,  ötən il ərzində meşə və meşəətrafı ərazilərdə vəhşi heyvanların oral yolla vaksinasiyası aparılıb. Hazırda quduzluqla bağlı ölkədə vəziyyət sabitdir. 
Sizin Reklam Yeriniz