Bakının Nəsimi və Nərimanov rayonlarında içməli suyun verilməsində fasilələr olacaq
Bakı şəhəri Nərimanov rayonu F.X.Xoyski küçəsindən keçən magistral su xəttində təmir işləri aparılır. Bu barədə "APA-Economics"ə "Azərsu" ASC-dən məlumat verilib.
Bununla əlaqədar, noyabrın 21-də gün ərzində paytaxtın Nəsimi və Nərimanov rayonlarının bir hissəsinə - C.Hacıbəyli, M.Qaşqay, X.Şuşinski, S.Rüstəm küçələrinə, eləcə də Vaqif prospektinə içməli suyun verilməsində fasilələr olacaq.
Yaranmış narahatlıqla əlaqədar "Azərsu" ASC abunəçilərdən üzr istəyir.