Əlaqə Arxiv
news Image
2016.08.29
17:30
| A A A
“ASAN xidmət” mərkəzlərində “check-up” müayinələrə başlanılacaq

Yaxın müddətdə Respublika Müalicəvi Diaqnostika Mərkəzi (RMDM) tərəfindən "ASAN xidmət" mərkəzlərində "check-up" müayinələrə başlanılacaq.

RMDM-dən verilən məlumata görə, müayinələr ilkin olaraq 1 saylı Bakı "ASAN xidmət" mərkəzində keçiriləcək.

Sonra müayinələr digər "ASAN xidmət" mərkəzlərini də əhatə edəcək.

Cəmi 6 dəqiqəyə 27 (aclıq) və 23 (toxluq) meyarı üzrə müayinədən keçən hər bir vətəndaşın sağlamlıq nəticələri anındaca SMS şəklində onun telefonuna göndəriləcək. "Check-up" müayinələrinin gələcəkdə daha geniş miqyasda tətbiqi nəzərdə tutulur.


Sizin Reklam Yeriniz