Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik hesabat yığıncağında qaldırılan məsələlər və irəli sürülən təkliflər cənab prezidentin diqqətinə çatdırılacaq.
Bunu AMEA-nın dünən keçirilən 2011-ci ilin hesabat xarakterli ümumi yığıncağında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bildirib. O deyib ki, ümummilli lider Heydər Əliyevin dönəmində Elmlər Akademiyasının fəaliyyətinə böyük qiymət verilib və prezident İlham Əliyev də akademiyanın fəaliyyətinə bu dəstəyi davam etdirir.
"Bu yığıncaqda bir çox aktual məsələlər qaldırıldı. Bu təkliflər prezidentin diqqətinə çatdırılacaq", - deyə R.Mehdiyev bildirib. Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasında struktur dəyişikliyi edilib. Akademiyanın Biologiya bölməsi ləğv edilib. Əvəzində isə Biologiya və Tibb bölməsi yaradılıb.