Hərbi hissələrin maliyyə xidmətlərinin rəisləri həbs edilib
Azərbaycanda bir neçə hərbçi həbs edilib. Bu barədə APA-nın
sorğusuna cavabında Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis
müavini, mayor Teymur Abdullayev bildirib. Onun sözlərinə görə,
Müdafiə Nazirliyi ilə Hərbi Prokurorluq Bərdə Hərbi birləşməsində
hərbi hissələrin Maliyyə Xidmətlərində birgə yoxlamalar apararkən
bəzi hərbi hissələrin Maliyyə Xidmətlərində ciddi pozuntular aşkara
çıxarıb: "Fakt üzrə prokurorluq tərəfindən cinayət işi başlanıb və
bəzi hərbi hissələrin maliyyə xidmətləri rəisləri barəsində həbs
qətimkan tədbiri seçilib".