Sürüşmə olub
Movqe.az xəbər verir ki, Braziliyada
Rio da Janeironun
şimalında başqa bir dağ
qəsəbəsində meydana gələn
torpaq sürüşməsində
ölənlərin sayı 16-a
çatıb. Əyalət qubernatoru
Sergio Kabral,
Petropolisdə təşkil etdiyi mətbuat
konfransında, 2-si xilasetmə
işçisi olan 16
nəfərin həlak olduğunu deyib. Cabral,
əyalət sakinlərinin bölgəni
dərhal tərk etməsi
çağırışında olub. Bölgəyə
24 saatda bir
aya bərabər yağışın
düşdüyünü söyləyib. Rio
əyalətində, 2011-ci
ildə həddindən artıq yağışların
səbəb olduğu torpaq
sürüşmələrində, 900 nəfər həlak olub,
minlərlə insan isə evlərini
tərk etmək məcburiyyətində
qalıb.