Mikayıl Cabbarov şagirdin ölümündə günahkar olan direktoru və onun müavinini işdən qovdu
Təhsil Nazirliyi və Baş Prokurorluq Sumqayıtdakı
məktəbdə baş verən faciə ilə bağlı məlumat yayıb. Movqe.az-ın
Təhsil Nazirliyinin saytına istinadən məlumatına görə, mayın
13-də saat 09:00 radələrində Sumqayıt şəhər 17 saylı tam orta
məktəbin 11-ci sinif şagirdi Azad İlyasovun ölməsi barədə daxil
olmuş məlumat əsasında Sumqayıt Şəhər Prokurorluğunun, Təhsil
Nazirliyinin Sumqayıt Şəhər Şöbəsinin və Şəhər Polis İdarəsinin
əməkdaşları dərhal hadisə yerinə gəlmişlər. Şəhər hüquq muhafizə
orqanlarının və məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə
və meyitə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər
yerinə yetirilib. Müəyyən edilib ki,
A.İlyasov da daxil olmaqla digər siniflərdən olan daha 20 şagird
həmin gün dərsə gecikdiklərinə görə məktəbin təlim-tərbiyə işləri
üzrə direktor müavini Qəfər Hacıyev tərəfindən qanunsuz olaraq cəza
tədbiri kimi onlara məktəbin stadionunda qaçmaq göstərişi
verilib. Şəhər 3 saylı uşaq
poliklinikasında "hipotrofik-kordimiopatiya" diaqnozu ilə
qeydiyyatda olan A.İlyasov həmin göstərişi yerinə yetirərək
stadionda bir neçə dövrə vurduqdan sonra yıxılmış və görülən ilkin
tibbi tədbirlərə baxmayaraq vəfat edib. Hadisə ilə bağlı aparılmış ilkin araşdırmaların nəticələri
göstərir ki, adıçəkilən təhsil müəssisəsində tədris prosesi təhsil
və inkişafın sağlam prinsipləri əsasında qurulmayıb. Bununla
əlaqədar olaraq Təhsil Nazirliyi tərəfindən inzibati tədbirlər
görülmuş, məktəb direktoru Nargilə Səfərova və məktəbin
təlim-tərbiyə işləri üzrə direktor müavini Qəfər Hacıyev Təhsil
nazirinin müvafiq əmri ilə tutduğu vəzifədən azad
olunub. Bir sıra təhsil
müəssisələrində mövcud olan neqativ hallar, o cümlədən qarşılıqlı
hörmətsizlik, qeyri-sağlam atmosfer və bu qəbildən olan
problemlərin ardan qaldırılması istiqamətində qətiyyətli mövqe
göstəriləcək və zəruri hallarda müxtəlif dövlət strukturları bu
prosesə cəlb ediləcək.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanmış, A.İlyasovun ölümünün səbəblərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib. Hazırda iş üzrə istintaq davam etdirilir, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanmış, A.İlyasovun ölümünün səbəblərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibb ekspertizası təyin edilib. Hazırda iş üzrə istintaq davam etdirilir, nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.