Əlaqə Arxiv
news Image
2013.06.04
15:05
| A A A
Avtobuslarda azyaşlıların əməyinin istismarına birdəfəlik son qoyulacaq
Namiq Həsənov: "Avtobuslarda kart sistemi tətbiq edildikdən sonra sürücülər sərnişinlərdən gediş haqqını yığmaq üçün konduktor götürməyəcəklər"

"Kart sisteminə keçid avtobuslarda azyaşlıların əməyinin istismarına birdəfəlik son qoyacaq. Bu sistem 

konduktorlara tələbatı 0-a endirəcək. Avtobuslarda kart sistemi tətbiq edildikdən sonra sürücülər  sərnişinlərdən gediş haqqını yığmaq üçün konduktor götürməyəcəklər". 

Bu sözləri Movqe.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin Katiblik rəisi Namiq Həsənov deyib. N. Həsənovun sözlərinə görə, kart sistemi  tətbiq olunduqdan sonra gediş haqları nağd şəkildə ödənilməyəcək: "Bu sistem bütün marşurutları əhatə etdikdən sonra azyaşlıların konduktor kimi avtobuslarda işləməsi hallarına rast gəlinməyəcək. Çünki, tədricən avtobuslarda konduktorlara olan tələbat aradan qalxacaq. Bu isə o deməkdir ki, sərnişindaşımada azyaşlıların əməyinin istismarı hallarına yaxın zamanda son qoyulacaq".


Sizin Reklam Yeriniz