Mərkəzi Avropada həyəcan təbili çalınıb
Movqe.Az xəbər verir ki, Mərkəzi Avropada ötən həftədən bəri təsirli olan ifrat yağış və sel Almaniya və Macarıstanda böyük təxribata yol açıb. Almaniyanın şərqindəki Magdeburq şəhərində Elbe çayı daşıb. Çox sayda ev sular altında qaılb, şəhərdə 23 min nəfərin evlərindən çıxması çağırışı edilib. Çay sularının qarşısını kəsmək üçün qum torbalarından barrikadalar qurulub, selin Almaniyaya xərcinin 6 milyard Avronu keçə biləcəyi ifadə edilib. Ayın əvvəlindən təsirli olan yağışların gətirib çıxardığı sel fəlakətindən 10-u Çex Respublikasında olmaq üzrə 19 nəfər həlak olub.