Əlaqə Arxiv
news Image
2013.06.14
14:42
| A A A
Sabah hava necə olacaq?

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Mövqe.az-a verilən məlumata görə, iyunun 15-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun iyunun 15-də gecə 18-23 dərəcə, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.


Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək.

İyunun 16-da gecə 18-23 dərəcə, gündüz 29-34 dərəcə isti olacaq. Bəzi yerlərdə temperatur 36 dərəcəyə çatacaq.


Azərbaycanın rayonlarında iyunun 15-də və 16-da hava yağmursuz olacaq. İyunun 15-də mülayim şərq küləyi əsəcək. Aran rayonlarında temperatur gecə 17-22 dərəcə, gündüz 31-36 dərəcə, bəzi yerlərdə 39 dərəcə isti olacaq. Dağlarda gecə 9-14 dərəcə, gündüz 21-26 dərəcə isti qeydə alınacaq.

Azərbaycanın rayonlarında iyunun 16-da temperatur gecə 18-23, gündüz 34-39 dərəcə, dağlarda gecə 9-14 dərəcə, gündüz 23-28 dərəcə isti olacaq.


Sizin Reklam Yeriniz