Azərbaycan dilindən test imtahanına buraxılış vərəqəsinin verilməsinə başlanılıb
2013-2014-cü tədris ilində Azərbaycanın ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə sənəd verən rus bölməsinin abituriyentlərinə Azərbaycan dilindən test imtahanına buraxılış vərəqəsinin verilməsinə başlanılıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Mövqe.az-a verilən məlumata görə, abituriyentlər bunun üçün komissiyanın saytındakı müvafiq sistemə daxil olmalı və həmin vərəqəni çap edərək götürməlidirlər.
Rus bölməsinin məzunları üçün "Azərbaycan dili" imtahanı iyunun 23-də keçiriləcək. Mayın 19-da keçirilən imtahandan "qeyri-məqbul" qiyməti alan və ya bu imtahanda iştirak etməyən abituriyentlər iyunun 23-də keçiriləcək növbəti "Azərbaycan dili" imtahanında iştirak edə bilərlər.