Əlaqə Arxiv
news Image
2013.06.19
17:55
| A A A
Təhsil Nazirliyindən Ombudsmana 100 şikayət daxil olub

Hər il Ombudsman təsisatından Təhsil Nazirliyinə təxminən 100 müraciət daxil olur. Movqe.az-ın məlumatına görə, bunu Təhsil Nazirlyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin müdiri Fərzəli Qədirov "Davamlı inkişaf strategiyalarının yeni mexanizmlərinin insan hüquqlarının müdafizəsində və təbliğində rolu" mövzusunda keçirilən Ombudsmanların XI Bakı Beynəlxalq konfransının ikinci günündə çıxışı zamanı deyib. Onun sözlərinə görə, bütün müraciətlər Təhsil Nazirliyi tərəfindən ciddi şəkildə araşdırılır və Ombudsman təsisatına məlumat verilir: "Həmin müraciətlər müəllimlərin hüquqlarının pozulması, onların işlə təminatında problemlər, şagirdlərin təhsil müəssisələrində təzyiqlərə məruz qalması, həmçinin onlar üçün lazımi şəraitin yaradılmaması, valideynlərin məktəb rəhbərliyindən və müəllimlərdən narazılığı kimi məsələlər daxildir". Şöbə müdiri qeyd edib ki, Təhsil Nazirliyi Ombudsman təsisatı ilə mütəmadi əməkdaşlıq edir. 2009-2010-cu tədris ilindən Ombudsman Aparatı və Təhsil Nazirliyi tərəfindən "Uşaq hüquqlarının pilləli tədrisi" layihəsinə başlanılıb: "Layihəyə ilkin mərhələdə Bakı şəhərinin 3 pilot məktəbi cəlb edilib. 2012-2013-cü tədris ilində layihənin əhatə dairəsi daha da genişlənib. Layihə İmişli, Füzuli, Qusar, Ağdam, Masallı, Lənkəran rayonları və Mingəçevir şəhəri üzrə məktəblər daxil olmaqla 50-dən çox məktəbdə həyata keçirilib".

Sizin Reklam Yeriniz