Əlaqə Arxiv
news Image
2013.06.20
13:07
| A A A
Qadağan olunmuş çimərliklərə də təcili yardım briqadaları təhkim olunacaq-Özəl
Oqtay Şahmalıyev: "Bakı çimərliklərində bu mövsüm təcili yardım briqadaları səhər saat 9-dan axşam saat 9-a qədər növbə çəkəçəklər"

Bakı çimərliklərində bu mövsüm təcili yardım briqadaları səhər saat 9-dan axşam saat 9-a qədər növbə çəkəçəklər. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyanın (BŞTTTYS) baş həkiminin operativ işlər üzrə müavini Oqtay Şahmalıyevin Movqe.az-a verdiyi məlumata görə, əgər dövlətin balansında olan qadağan olunmuş çimərliklərdə də çimənlər olsa, həmin çimərliklərə də, təcili yardım briqadaları təhkim olunacaq. O. Şahmalıyevin sözlərinə görə, hələki çimərlik mövsümü yeni başladığından bütün çimərliklərdə  təcili yardım briqadaları növbə çəkmir: "Müraciətlər artdıqca təcili yardım briqadaları saat 9-dan axşam saat 9-a qədər həmin ərazilərə təhkim olunacaq". 

Baş həkimin müavini çimərliklərdə müvafiq nöqtələrdə təcili yardım briqadalarının fəaliyyət göstərəcəyini, hər hansı günvurma, suda boğulma hadisəsi qeydə alınarsa, dərhal tibbi yardım göstəriləcəyini söylədi. 


Sizin Reklam Yeriniz