Sərnişin dolu təyyarə radarlardan itib
Mövqe.az CNN-ə istinadən bildirir ki, Rusiyanın "Sukhoi Superjet-100" adlı təyyarəsi 44 sərnişin ilə birlikdə radardan itib.
"Ria Novosti" xəbər agentliyinin İndoneziya hava yolu qaynaqlarından verildiyi xəbərə görə, Cakartadan yola düşən təyyarənin geri qayıtması müvəffəqiyyətsiz olub.
Təyyarədə 8-i rus, 36-sı da xarici olan cəmi 44 adam olub.
Təyyarə ilə əlaqə təyyarə dağlıq bölgədə olan zaman kəsildiyi ifadə olunub.
Təyyarənin qəzaya uğraması ehtimalı ola biləcəyinə görə narahatlıqlar davam edir.
Ziba Yusifova
Movqe.az