Əlaqə Arxiv
news Image
2013.06.20
16:53
| A A A
Çilidə zəlzələ olub

Movqe.Az xəbər verir ki, Çilidə 5,7 bal gücündə zəlzələ meydana gəldiyi bildirilib. ABŞ Geoloji Araşdırma Mərkəzi, zəlzələnin mərkəzi əsasının Los Andesin 60 kilometr şimal şərqində olduğunu qeyd edib. Rəsmilər ilkin məlumatlara görə, can və mal itkisi baş vermədiyini bildirib. Zəlzələnin ardınca sunami xəbərdarlığı edilməyib. Çilidə 2010-cu ildə meydana gələn 8,8 böyüklüyündəki zəlzələdə 551 adam həlak olmuş, 220 min ev yıxılmışdı. Şiddətli zəlzələ, Dünyanın oxuna təsir edərək, 24 saatdan ibarət olan bir günün 1,26 millisaniyə qısalmasına səbəb olmuşdu. Dünyada qeyd edilən ən şiddətli zəlzələ isə 1960- cı ildə Çilidə meydana gəlmişdi. 9,5 böyüklüyündəki zəlzələdə, 5 mindən çox insan həyatını itirib.

Sizin Reklam Yeriniz