Əlaqə Arxiv
news Image
2013.06.27
11:30
| A A A
Bölgələrə avireyslər bərba oluna bilər-Eksklüziv
Məhərrəm Səfərli: "Bu məqsədlə yeni 6 ədəd Embraer təyyarələri alınacaq"

Bölgələrə avireyslər bərba oluna bilər. "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərlinin Movqe.az-a verdiyi xəbərə görə, bu məqsədlə yeni 6 ədəd Embraer təyyarələri alınacaq. M. Səfərli bundan sonra bölgələrə aviareyslərin bərpası ilə bağlı müzakirələrin aparılacağını bildirdi: "İyul ayından yeni təyyarələrin alınmasına başlanılacaq. Bu proses oktyabr ayınadək yekunlaşacaq. Yalnız bundan sonra sınaq uçuşları keçiriləcək. Əgər sərfəli olsa bölgələrə bu təyyarələrlə uçuşlar bərpa ediləcək".

M. Səfərli Embraer təyyarələrinin 70-90 yerlik olduğunu, qismən az yanacaq işlətdiyi üçün bölgələrə aviareyslərdə istifadəsinin nəzərdə tutulduğunu söylədi. Onun sözlərinə görə, hazırda 170 yerlik təyyarələrin bu reyslər üzrə sərnişindaşıması sərf etmir: "Bölgələrə təyyarə ilə gedənlərin sayı az olduğundan, 4-5 sərnişinə görə, həmin təyyarələrlə uçuş ziyana səbəb olur. Yeni alınacaq təyyarələr az sayda sərnişin üçün nəzərdə tutulduğundan yanacağı da az işlədir".    

M. Səfərli hazırda ancaq Bakı-Gəncə reysi üzrə uçuşların olduğunu, digər bölgələrə ancaq turizm şirkətlərindən sifariş olduqda uçuşların həyata keçirildiyini söylədi. Qeyd edək ki, Bakı-Zaqatala və Bakı-Lənkəran marşrutları üzrə uşuşlar 2011-ci ilin noyabr ayından etibarən rentabelli olmadığından dayandırılıb. Xatırladaq ki, Bakı-Zaqatala və Bakı-Lənkəran marşrutları üzrə aviareyslər müvafiq olaraq 2008-ci ilin sentyabr və oktyabr aylarında açılıb. Hazırda AZAL ölkə daxilində Bakı-Naxçıvan, Bakı-Gəncə və Gəncə-Naxçıvan marşrutları üzrə uçuşlar yerinə yetirir. Qeyd edək ki, bu istiqamətlər üzrə uçuşların qiyməti 50 manatdır. 


Sizin Reklam Yeriniz