İlin sonuna kimi Bakıda analoq televiziya yayımı dayandırılacaq
İlin sonuna kimi Bakıda analoq televiziya yayımı tamamilə rəqəmsal formata keçiriləcək. Bu barədə Mövqe.az-a "Teleradio" İstehsalat Birliyindən (İB) bildirilib.
İB-dən bildirilib ki, İstehsalat Birliyinin planına əsasən, daha sonra analoq siqnalın söndürülməsi Azərbaycanın böyük şəhərlərindən başlayaraq (Gəncə, Şirvan, Lənkəran və b.) mərhələli şəkildə həyata keçiriləcək.