Əlaqə Arxiv
news Image
2012.05.11
12:08
| A A A
Çin və Fillippin arasında vəziyyət gərginləşir

Mövqe.Az BBC-yə istinadən xəbər verir ki, hal-hazırda Çində hamı müharibədən danışır. Çin təxminən 1 aydır ki, Fillippin sakinləri ilə münaqişə halındadır. İki ölkə Filippin sahilindən100 mil, Çin sahilindən isə 500 mil uzaqda yerləşən 150 kilometr kvadrat bir adanı bölüşə bilmirlər. Çin də, Filippin də adaya fərqli bir ad verib və onun torpaqlarının bir parçası olduğunu düşünürlər. Üzərində mübarizə gedən ada əslində çox da işə yaramayacaq bir sıra qayadan ibarətdir. Çin də Kommunist Partiyaya aid "People's Daily" mətbuat orqanınn ingilis dilində nəşr etdiyi olduqca milliyyətçi bir qəzeti olan "Global Times" hər gün bir səhifəsini bu qarşıdurmaya ayırır.

Qəzet Çin sərhədlərinin hara qədər uzandığına dair bir xəritə də hazırlayıb. Qəzetdə bildirilib ki, "Filippinə radikal və aqressiv milliyətçiliklərinə görə bir dərs verilməlidir. Çin üçün bu bir suverenlik problemidir. Əgər bu problem hərbi münaqişəyə çevrilsə, beynəlxalq cəmiyyət heç də təəccüblənməməlidir''.

Ziba Yusifova

Movqe.Az

Sizin Reklam Yeriniz