Əlaqə Arxiv
news Image
2013.07.22
16:07
| A A A
Rus Patriarxı : "Eynicinsli evliliklər qiyamət əlamətidir"

Movqe.Az xəbər verir ki, Rus Pravoslav Kilsəsi Patriarxı Kiril, homoseksual evliliklərə icazə verilməsinin, hətta qanunlarla qoruma altına alınmasının dünyanın sonunu yaxınlaşdıran qiyamət əlaməti olduğunu bildirib. Rusiya Patriarxı, bəzi qərbli ölkələrin bu böyük günahı müdafiə etdiyini sərt dillə tənqid edərək, "Rusiyada qiyaməti yaxınlaşdıran bu cür addımların atılmasının birdəfəlik qarşısını almalıyıq" deyib.  Həftə sonu paytaxt Moskvadakı "Kazan" kilsəsində təşkil etdiyi ayində homoseksual əlaqələrin qanuniləşməsi mövzusunda Rus kilsəsinin fikrini təmsil edən çıxış söyləyən Kiril, "İndiki vaxtda bir çox ölkə qorunması lazım olan ən əhəmiyyətli dəyər olaraq" seçim etmə azadlığını "göstərir. Hətta son zamanlarda bu seçki böyük günah olmasına rəğmən, dəstəklənir. Böyük günah olan homoseksual evlilik kimi mövzular bəzi ölkə rəhbərlikləri tərəfindən qanunlarla dəstəklənir, qanuna qarşı çıxanlar isə təzyiq altında tutulur. Bu cür davranışlar dünyanın sonunu gətirəcək qiyamət əlamətindən başqa bir şey deyildir "şərhini edib. Rusiyanın homoseksual evlilik mövzusunda rəftarını yumşaltmaq deyil, əksinə sərtləşdirməsi lazım olduğunu da söyləyən Patriarx Kiril, "Rusiya, qiyaməti yaxınlaşdıran bu günahın cəmiyyətimizdə kök salmasına qətiliklə icazə verməməlidir" deyə qeyd edib.  Rusiya Prezidenti Vladimir Putin, 30 İyun tarixində Rusiya Ortodoks Kilsəsi fikir və düşüncələri istiqamətində hərəkət edərək "din sahibi insanların dini duyğularına təhqir" qanununu imzalamışdı. Qanunda hər hansı bir dinə qarşı təbliğat edənə kəslərə 1 milyon rubl cəzayla 3 ilə qədər çatan həbs cəzası nəzərdə tutulur.

Sizin Reklam Yeriniz