ABŞ-dan İsrail-Fələstin açıqlaması
Movqe.Az xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyi, İsrail və Fələstin arasındakı sülh danışıqlarının bu gün Vaşinqtonda başlayacağını bildirib. Nazirlik nümayəndəsi Jen Psaki, etdiyi yazılı şərhdə, ABŞ xarici işlər naziri Con Kerrinin bu gün, Fələstin Dövlət Başçısı Mahmud Abbas və İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşərək, birbaşa son status müzakirələrinin rəsmi olaraq yenidən başlanması məqsədiylə Vaşinqtona nümayəndə heyəti göndərmək təklifi etdiyini bildirib. Psaki, İsraillilərin müzakirələrdə ədliyyə naziri Tzipi Livni və Yitzhak Molço, fələstinlilərin isə Baş müzakəçisi Saib Erekat və Məhəmməd Ştayyeh tərəfindən təmsil ediləcəyini bildirib.