7 ayda “Elektron hökumət” portalına 176495 nəfər daxil olub
Movqe.az xəbər verir ki, İstifadəçilərin "Elektron
hökumət" portalına maraqları artan dinamika üzrə inkişaf edir.
Statistikaya gəlincə, iyul ayı üzrə aparılan monitorinqlər portala
25 094 nəfərin daxil olduğunu göstərir. Belə ki, ay ərzində bu
istifadəçilər tərəfindən 37 478 dəfə daxilolma həyata keçirilib və
73964 dəfə elektron xidmətlərdən istifadə edilib. Səhifələrə
baxışların ümumi sayı isə 142 917 ədəd olub. Hər bir
istifadəçinin portalda orta işləmə müddəti 5 dəqiqə 9 saniyə
təşkil edib. 2013-cü ilin 7 ayı
ərzində isə portala daxil olanların sayı 176495 nəfər təşkil edib.
Eyni zamanda daxilolmaların sayı 288 853, istifadə edilmiş
xidmətlərin sayı isə 341 306 ədəd, səhifələrə baxış sayı 986 813
ədəd olub. Hər bir istifadəçinin portalda orta işləmə müddəti 4
dəqiqə 30 saniyə təşkil edib. Elektron
xidmətlərdən istifadə coğrafiyası üzrə statistika da maraqlıdır.
"Elektron hökumət" portalının fəaliyyəti yalnız ölkəmizdə, o
cümlədən Xankəndində (iyul ayında 205 dəfə, 7 ay ərzində isə 1978
dəfə) deyil, həmçinin xaricdə də maraq
doğurur. Avqust ayının 1-nə təqdim
edilmiş elektron imza sertifikatlarının sayı 15 000 ədəddən çox,
sadələşdirilmiş kod parol alanların sayı isə 17 000-i keçib.
Statistika da təsdiqləyir ki, ümumilikdə portalın əhatəsi və
populyarlığı artmaqdadır. Portalda artıq 236 xidmət təqdim edilir
və bu gün "Elektron hökumət"inin "Facebook" səhifəsini
bəyənənlərin sayı 63901-ə çatıb.