Əlaqə Arxiv
news Image
2013.08.07
18:08
| A A A
Paytaxt yollarında sıxlığın daha bir səbəbi açıqlandı
Nüsrət İbrahimov: "Paytaxtın horizontal şəkildə genişləndirilməsi planı üzərində iş aparılmalıdır”

Dünyada hər kvadrat kilometrə 7 avtomobil düşdüyü halda, paytaxt Bakıda bu rəqəm 400 ədəd təşkil edir. Bakıda avtomobillərin sayının sürətlə artmasını yollarda yaranan tıxaclar da təsdiqləyir. Xüsusilə pik saatlarında avtomobil sıxlığı müşahidə olunan paytaxt yolları saatlarla belə tıxaclara şahidlik edir. Mütəxəssislər də paytaxtda son illər avtomobillərin sayının artdığını və bunun əməlli-başlı Bakı sakinləri üçün problem yaratdığını söyləyirlər. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Movqe.az-a açıqlamasında bildirib ki, hazırda ölkədə 1 milyon 200 min nəqliyyat vasitəsi var ki, bunun da 62 faizi paytaxtın payına düşür. V. Əsədov sıxlığın bu həddə olduğu Bakı yollarında qəzaların qaçılmaz olduğunu söyləyir. Onun sözlərinə görə, ölkədə avtomobillərin sayının sürətlə artımı əhalinin maddi vəziyyətinin yaxşılaşdırılması ilə bağlıdır. Amma V. Əsədov bununla belə avtomobillərin sayının yollarda hərəkəti çətinləşdirdiyini təsdiqləyir. V. Əsədov deyir ki, mövcud potensialdan istifadə edərək yollarda baş verən hadisələrin qarşısını almaq üçün tədbirlər görülür. Onun sözlərinə görə, yollarda sıxlıq olan saatlarda yol polisləri yol hərəkəti qaydalarının tənzimlənməsi üçün dörd yol kəsişmələrində nəzarət aparır. 

Ekspert Nüsrət İbrahimov də Movqe.az-a açıqlamasında bildirib ki, paytaxt yollarında sıxlığın artmasında təkcə avtomobillərin sayının durmadan artması rol oynamır. Onun sözlərinə görə, Bakıda avtomobillərin sayının artması paytaxt əhalisinin sayının artması ilə də əlaqədardır. Odur ki, ekspert yollarda sıxlığın aradan qaldırılması üçün şəhərin mərkəzi küçələrində sıxlığın azaldılmalı olduğunu söyləyir: "Şəhərin mərkəzindən bəzi obyektlər kənara köçürülməlidir ki, mərkəzdə sıxlıq azalsın. Eyni zamanda paytaxtın horizontal şəkildə genişləndirilməsi planı üzərində iş aparılmalıdır".

N. İbrahimov deyir ki, paytaxtda avtomobillərin sayını azaltmaq üçün ölkəyə avtomobillərin gətirilməsini əngəlləmək olmaz. Ekspertin fikrincə, onsuz da, ölkəyə gətirilən avtomobillərin sayını dolayı yolla hökumət azaltmağa çalışır. Rüsumlar və sair qaldırılır. Amma N. İbrahimov bütün bunların paytaxt yollarında sıxlığı azaltmağa kifayət etmədiyini, Bakının horizontal şəkildə genişləndirilməsi planı üzərində iş aparılmalı olduğunu söyləyir. 


Sizin Reklam Yeriniz