Bankların aktivləri 25 faiz artıb
Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına
əsasən, 2013-cü il iyulun 1-nə olan vəziyyətə görə, ölkə
banklarının aktivləri 18,19 milyard manat təşkil edib. Bu rəqəm
ötən ilin müvafiq dövründə 14,72 milyard manat olub.
Movqe.az-ın verdiyi xəbərə görə, hesabat dövründə bankların
aktivləri 23,58 faiz artıb. Bank sektorunun məcmu passivləri 18,19
milyard manat dəyərində qiymətləndirilib. Bank sektoru aktivlərinin
əsasını müştərilərə verilən 12 551,7 milyon manat dəyərində
kreditlər (il ərzində 30,17 faiz artım), investisiyalar (21,57 faiz
artımla 1573,8 milyon manat) və müxbir hesablarındakı vəsaitlər (6
faiz azalma ilə 998,3 milyon manat) təşkil edib. Maliyyə sektoruna
verilən kreditlər və depozitlər 720,2 milyon manat (11,28 faiz
artımla) olub.Passivlər strukturunda əsas payı 2012-ci ilin analoji
dövrü ilə müqayisədə 23,64 faiz artan depozitlər (2013-cü il iyulun
1-nə 8 436,2 milyon manat) təşkil edir. Maliyyə sektorundan alınan
kreditlər və depozitlər 29,44 faiz artaraq 5876,3 milyon manat
təşkil edib.