APA-nın məlumatına görə, hadisə avqustun 13-də gecə yolun 123-cü kilometrliyində, Şamaxı şəhəri ərazisində qeydə alınıb.
Şamaxı rayonu Çaylı kənd sakini, 1992-ci il təvəllüdlü Əsgərov Ümid Qaraş oğlu atasına məxsus "VAZ 2103" markalı minik maşını ilə yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində Ümid Əsgərov və dostları - 1991-ci il təvəllüdlü Qaçayev Samir Ceyhun oğlu və 1995-ci il təvəllüdlü Manafov Turqut Gülismayıl oğlu ağır dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Şamaxı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. Sonradan xəsarət alanlardan ikisinin vəziyyəti daha da ağırlaşdığı üçün Bakıya göndərilib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.