Əlaqə Arxiv
news Image
2013.08.14
16:27
| A A A
İsmayıllı rayonunda avtomobil yolunun açılışı olub

Azərbaycan prezidenti İlham Əliyev bu gün İsmayıllıda İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak edib.


"APA-Economics"in məlumatına görə, dövlət başçısına məlumat verilib ki, yolun tikintisi üçün Azərbaycan prezidentinin ehtiyat fondundan ilkin olaraq üç milyon manat vəsait ayrılıb.

 Yol 6 min nəfərin yaşadığı 7 məntəqəni birləşdirir. Nazirlər Kabinetinin 2012-ci il 30 dekabr tarixli sərəncamı ilə yolun tikintisi üçün əlavə olaraq 5,5 milyon manat vəsait ayrılıb. Bu layihənin ümumi dəyəri 8 milyon 526 min manatdır. Layihəyə əsasən, 29,5 kilometr uzunluğunda yol çəkilib, 18 yerdə beton suötürücülər tikilib, yolboyu yol-hərəkət nişanları quraşdırılıb. Yolun başlanğıcında üç dayanacaq əsaslı təmir edilib, kəndlərdə 10 yeni dayanacaq tikilib. Yolun İvanovka kəndindən keçən hissəsində piyadaların təhlükəsiz hərəkəti üçün səkilər salınıb.

 

Prezident yolun rəmzi açılışını bildirən lenti kəsib.


Sizin Reklam Yeriniz