Əlaqə Arxiv
news Image
2013.08.16
11:49
| A A A
Ermənistanda əsir olan Firuz Fərəcov vətənə qayıtmaq istəyir

Ermənistanda saxlanan azərbaycanlı hərbi əsir Firuz Fərəcov ölkəsinə qayıtmaq istədiyini bildirib.


APA-nın erməni mətbuatına istinadən yaydığı məlumata görə, bu barədə Ermənistan müdafiə nazirinin birinci müavini David Tonoyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsi Draqan Rankoviçlə görüşündə deyib.

 

Xatırladaq ki, azərbaycanlı hərbçi Firuz Fərəcov 2012-ci ilin iyulunda ermənilər tərəfindən əsir götürülüb. Bundan əvvəl erməni mətbuatı Fərəcovun üçüncü ölkəyə getmək istədiyini yazmışdı.

 

Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bildirib ki, Firuz Fərəcov təcili olaraq beynəlxalq humanitar təşkilatların nümayəndələri ilə görüşmək istəyib. Nazirlik neytral beynəlxalq təşkilatları, əsasən də Beynəlxalq Qırmızı Xaç Komitəsini Fərəcovla görüşə dəvət edib. Komitənin nümayəndəsi ilə görüşdə avqustun 8-də Azərbaycan hərbçilərinin nəzarətində olan əraziyə keçmiş hərbçi Akop İnciqulyan ətrafında vəziyyət müzakirə olunub. Rankoviç bildirib ki, əldə etdiyi məlumata görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı Ofisi tezliklə İnciqulyanla görüşün tarixini dəqiqləşdirəcəklərinə əmindir.

Sizin Reklam Yeriniz