Jurnalistlər evlərinə nə vaxt köçə biləcək?
"Bu proses vaxt alan işdir, qısa müddətə baş gəlməz. Proses davam edir”.
Bakıda jurnalistlər üçün dövlətin tikdiyi binadakı mənzillərin bölüşdürülməsindən bir ay ötür. Binanın açılış mərasimi iyulun 22-də olub, 156 mənzilin sahibləri müəyyənləşib.
Jurnalistlər evlərinə nə vaxt köçə biləcək? Avqustun 22-də "Media forum" saytına açıqlama verən KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib ki, sənədləşmə prosesi bitəndə hər kəs məlumatlandırılacaq: "Bu proses vaxt alan işdir, qısa müddətə baş gəlməz. Proses davam edir".