Gəncədə fəhlə damdan yıxılaraq ölüb
Gəncə şəhərində bədbəxt hadisə baş verib. Gəncə şəhər
Prokurorluğundan verilən məlumata görə, Goranboy rayon sakini,
1962-ci il təvəllüdlü Məhəmməd Aşurov işlədiyi "Azəralüminium"
ASC-nin Gəncə şəhər Alüminium Gil-Torpaq Zavodunda bədbəxt hadisə
nəticəsində dünyasını dəyişib. M. Aşurovun müəssisənin damını
rəngləyərkən hündürlükdən yıxılaraq öldüyü bildirilir.(APA)