Litva Prezidenti Dalya Qribauskayte ölkənin Azərbaycan və Macarıstandakı səfirləri Arturas Jurauskas və Renatas Yuşkanın geri çağrılması barədə qərar qəbul edib.
Bu barədə Litva prezidentinin rəsmi
internet səhifəsi xəbər verib.
Məlumatda deyilir ki, ölkə Konstitusiyası və hökumətin tövsiyəsi
nəzərə alınaraq bu qərar verilib.
Qeyd edək ki, iyulun 8-də "YouTube" də iki Litva diplomatının
telefon yazısı yüklənilib. Söhbətin "Şərq Tərəfdaşlığı" proqramının
siyasət departamentinin direktor müavini Zenonas Kumetaytis və
Litvanın Macarıstandakı diplomatik nümayəndəliyində çalışan
diplomat Renatas Yuşka arasında getdiyini güman edilir.
Söhbətdə onlar Azərbaycan-Ermənistan münasibətləri, Dağlıq Qarabağ
münaqişəsi barədə öz fikirlərini qeyri-formal şəkildə bölüşüblər,
Dağlıq Qarabağın "Artsax" adlandırılmasını düzgün saydığını və bu
məsələdə ermənilərin mövqeyini müdafiə etdiyini deyib.