Movqe.Az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin 5-6 Sentyabr tarixlərində St. Peterburq şəhərində ev sahibliyi edəcəyi G20 ölkələri zirvəsində bir çox qonaq ölkə liderlərilə ikitərəfli danışıqlar aparacaq. Türkiyə baş naziri Rəcəb Tayip Ərdoğana protokolda yalnız "ayaqüstü təmas" olaraq təsvir edilən hissədə iştirak edəcəyi Kreml Sarayı tərəfindən bildirilib. G20 ölkələri St. Peterburq zirvəsində Rusiya liderinin hansı qonaq ölkə liderləriylə ikitərəfli danışıqlar reallaşdıracağını Kremlin Sarayı xarici siyasət məsləhətçisi Yuri Uşakov tərəfindən bildirilib. Siyahıya görə Putinin ilk və ən əhəmiyyətli ikitərəfli danşığı zirvə ərəfəsi 5 Sentyabrda Çin prezidenti Xi Jinping, Yaponiya baş naziri Shinzo Abe və İtaliya Baş naziri Enniko Letta ilə reallaşacaq. Bu üç görüşün ardınca Putin ənənəvi olaraq Rusiyanın qurucu üzvü olduğu BICS ölkələri Braziliya, Hindistan, Çin və Cənubi Afrika heyətlərini qəbul edəcək. Yuriy Uşakov, Rusiya liderinin ikitərəfli təmas siyahısını sıraladıqdan sonra "St. Peterburq G8 zirvəsində protokolda ayaqüstü təmas olaraq adlandırıla biləcək qısa görüşləri də olacaq. Bu ayaqüstü danışıqlar Türkiyə, İngiltərə, Meksika, Hindistan, Argentina, Braziliya, və Sinqapur liderləriylə olacaq "deyib. Halbuki ötən ay Prezident Putin ilə Baş nazir Ərdoğan arasında reallaşan telefon görüşündə St. Peterburq G20 zirvəsində ikitərəfli görüş edilməsi və Suriya mövzusunun müzakirəsi üçün razılığa gəldiyi deüyilmişdi.