Əlaqə Arxiv
news Image
2013.09.02
18:39
| A A A
Avtobuslarda kart sisteminə keçidin ləngiməsinin səbəbi açıqlandı-Eksklüziv

Avtobuslarda kart sisteminə keçidin ləngiməsinin səbəbi açıqlanıb. Bu barədə Movqe.az-a Nəqliyyat Nazirliyinin Katiblik rəisi Namiq Həsənov məlumat verib. N. Həsənov bildirib ki, kart sisteminə keçidin ləngiməsi texniki problemlərlə bağlıdır: "Artıq avtobuslarda vladiatorların quraşdırılması işi demək olar ki, başa çatıb. Amma aparatların quraşdırılması o demək deyil ki, kart sisteminə keçid tam hazır vəziyyətdədir. Hazırda sistemə bağlantılar yoxlanılır. Aparatların Mərkəzlə və banklarla bağlantısında problemlərin olub-olmadığı araşdırılır. Bu işlər yekunlaşdıqdan sonra avtobuslarda kart sisteminə keçidə start veriləcək".

N. Həsənov bildirib ki, avtobuslarda kart sistemi bu aydan işə düşəcək: "Biz sentyabr ayı demişdik. Hələki sentyabr ayının ilk günləridir. Bu ay ərzində kart sistemi işləyəcək".

N. Həsənov kart istehsalının da davam etdiyini, ən azı sayının 1 milyondan artıq olacağını söylədi. 

Qeyd edək ki, ilkin mərhələdə kart sistemi 29 marşurutu əhatə edəcək. N. Həsənov bildirib ki, ilk kartlaşdırma prosesi 1000 avtobusda mümkün olacaq: "Amma bu iş davamlı olacaq. 29 marşurut üzrə kartlaşdırma prosesi yekunlaşdıqdan sonra digər marşurutlarda da bu işə start veriləcək. Kartların satışı üçün şəhərin bütün nöqtələrində məntəqələr olacaq. Bu kartlar metro kartlarından fərqli olaraq bank məhsulu olacaq. Bu karta sahib olan sərnişin, ondan təkcə ictimai nəqliyyatda deyil, alış-verişdə də istifadə edə biləcək".  

N.Həsənov kartın qiymətinin 1 manat olacağını, kartlaşdırma sisteminin gediş haqqına təsir etməyəcəyini bildirdi. 


Sizin Reklam Yeriniz