Əlaqə Arxiv
news Image
2013.09.05
17:50
| A A A
İranın bu mesajı İsraili çaşdırdı

Movqe.Az xəbər verir ki, İranın yeni prezidenti Həsən Ruhani, tvitter hesabı vasitəsilə yəhudilərin dini bayramı olan Roş Aşananı qeyd edən bir mesaj yayınlayıb. İyun ayındakı seçkilərdə islahatçıların dəstəklədiyi və qərb ilə yeni bir səhifə açmağı planlaşdıran İranın yeni prezidenti Ruhaninin Roş Aşana Bayram mesajı İsraildə geniş əks-səda yaradıb. İsrail qəzeti Ahronot "İrandan gələn sürpriz təbrik"i qiymətləndirib. Roş Aşana (İvrit ראש השנה - "yeni il"), Yəhudi təqviminə görə yeni il deməkdir. Dünyanın hər yerindəki Yəhudilər tərəfindən bayram olaraq qeyd olunur. İki gün davam edən bayram müddətində bütün ailə süfrə arxasında oturaraq birlikdə yemək yeməlidir , ballı alma və ya alma cemi yemək adətləri də vardır. Sinaqoqda Bayramın ikinci günü ilin yaxşı keçməsini istəməyin simvolu olaraq qoç buynuzundan hazırlanan [Şofar] adlı musiqi aləti çalınır . Rosh Aşananın qeyd olunduğu gün ərzində Yəhudilərin həftəlik tətil günü olan Şabat günü yəni şənbə günü olan qadağalar etibarlıdır. 


Sizin Reklam Yeriniz