Rusiyanın Amur vilayətində su altında qalan evlərin sayı artıb.
Bir sutka ərzində suya qərq olan evlərin sayı 580 çatıb.
Xabarovsk vilayətində sellə bağlı fövqəladə vəziyyət elan edilib.
Ən çətin vəziyyət Komsomolsk-na-Amurdadır. Mendeleyev qəsəbəsindəki
bəndlər suya tab gətirməyib, qəsəbədən 700 nəfər təcili evakuasiya
edilib. Bu gün səhərə olan məlumata görə, Amurun səviyyəsi 882 sm-ə
kimi artıb.
"İndi şəhərdə su altında qalan evlərin sayı 578-dir. Onlardan 68-i
Mərkəzi, 510-u isə Lenin rayonundadır. Daşqın zonasında 5 minə
yaxın insan yaşayır", deyə şəhər admnistrasiyasıının nümayəndəsi
İvan Lavrentyev bildirib.
Müvəqqəti məskunlaşma məntəqələrində 475 nəfər yerləşdirilib.
Çoxları qohumlarının yanında qalır,bəziləri isə evlərini tərk
etməkdən imtina edirlər.
Onun sözlərinə görə, hazırda adıçəkilən ərazidə əsas işlər
bəndlərin möhkəmləndirilməsi istiqamətində aparılır. Bəndlərin
möhkəmləndirilməsi işlərinə 1,2 min insan,200-dən çox texnika cəlb
edilib.