Suris Təbrizli dəfn edildi
Azərbaycan milli azadlıq hərəkatında fəal iştirak etmiş, YAP-ın
qurucularından olan Suris Təbrizli torpağa tapşırılıb.
Musavat.com-un məlumatına görə, hakim YAP-ın qurucularından olan
eks-nazir Sirus Təbrizli 8 sentyabr saat 15 radələrində torpağa
tapşırılıb. Onun sözlərinə görə dəfndə iqtidar və müxalifət
düşərgəsinin tanınmış simaları olublar. Belə ki, Milli
Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli, YAP-ın sədr
müavini Əli Əhmədov, Diasporlarla iş üzrə dövlət komitəsinin sədri
Nazim İbrahimov, AMİP sədri Etibar Məmmədov, prezidentin şəxsi
mühafizə xidmətinin rəhbəri general Bəylər Əyyubov, Bakı Şəhər İcra
Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və tanınmış politoloq
Mübariz Əhmədov iştirak edib. Qeyd edək ki,sabiq nazirə öncə II
Fəxri Xiyabanın girişində məzar yeri qazılıbmış. Lakin Sirus
Təbrizlinin ailəsi onun son arzusunun yerinə yetirilməsini istəyib.
Mərhum Anar Məmmədxanovla dost olan Sirus Təbrizli onun yanında
dəfn olunmasını istəyibmiş. Onun son arzusu yerinə yetirilib.