Əlaqə Arxiv
news Image
2013.09.09
13:21
| A A A
SAM eksperti Türkiyəyə gedir

Mahir Hümbətov İstanbulda keçiriləcək forumda iştirak edəcək

Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin eksperti Mahir Hümbətov Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatı (OİC), İslam Ölkələri üçün Statistik, İqtisadi və Sosial Tədqiqat və Təlim Mərkəzi (Statistical, Economic and Social Research and Training Center for Islamic Countries), Türkiyə dövləti, İslam İnkişaf Bankı (IDB), İslam Tədqiqat və Təlim İnstitutu (IRTI), İslam İqtisadiyyatı üzrə Beynəlxalq Assosiasiya və Qatar Fondunun təşkilatçılığı ilə "9-cu beynəlxalq İslam iqtisadiyyatı və maliyyəsi" (Ninth International Conference on Islamic Economics and Finance) və "Maliyyə sistemləri üzrə beynəlxalq forum"da (International Forum on Financial Systems) iştirak edəcək. SAM-dan ANS PRESS-ə verilən məlumata görə, ekspertin iştirakı 9–10 sentyabra nəzərdə tutulub. 


Tədbirlərin əsas mövzusu "Artım, bərabərlik və stabillik: İslam baxışı" (Growth, equity and stability: An Islamic Perspective) və "Davamlı maliyyə və davamlı inkişaf" (Sustainable finance and sustainable development) olacaq. 


Ümumiyyətlə tədbirdə "İslam iqtisadiyyatı və onun məzmununun İƏT ölkələrinin inkişafına təsiri" (Islamic economics and how can its content contribute to making policies work in the OIC region), "Müqəddəs Quranda Kommersiya və Ticarət ifadələri" (Meaning of the terms Commerce and Trade in The Holy Quran), "İnkişaf indeksi: İnsan kapitalı inkişafının ölçülməsinə yeni ətraflı baxış" (The integrated development index: A new comprehensive approach to measuring human development), "Birləşmiş Millətlər Minilliyin İnkişafı Məqsədləri və Ərəb Baharı" (United Nations Millennium Development Goals and the Arab Spring), "İslam biznes etikası və dəyərləri" (Islamic business ethics and morality), "Korporativ Sosial Məsuliyyət" (Corporate Social Responsibility), "Korporativ İdarəetmə" (Corporate Governance) və s. kimi mövzuların müzakirəsi planlaşdırılır. 


Qeyd edək ki, tədbirdə Türkiyə prezidenti Abdullah Gül və bir sıra yüksək vəzifəli məmurları, İstanbul birjasının məsul şəxsləri, Türkiyə Müştərəklik Bankları Assosiasiyasının rəhbərliyi, MUSİAD, Böyük Britaniya və Amerika Birləşmiş Ştatlarının bir sıra universitetlərinin (Durham, Oxford, Cambridge, Harvard, Rice) professorları (Rodney Uilson, Habib Ahmet, Mehmet Asutay, Nejatullah Siddiqi, Anas Zarqa, Asad Zaman, Mahmoud Al-Gamal, Humayon Dar və s.), bir sıra dövlətlərin dövlət məmurları da çıxış edəcək.

Sizin Reklam Yeriniz