Əlaqə Arxiv
news Image
2013.09.10
11:40
| A A A
Avtobus dərəyə yuvarlandı: 43 nəfər öldü

Hadisə Qvatemala paytaxtından 64 kilometr aralıda, San Martin Hilopetek şəhəri yaxınlığında baş verib.

Qvatemalada avtobusun dərəyə yuvarlanması nəticəsində ən azı 43 nəfər ölüb, 40 nəfər yaralanıb. APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, hadisə Qvatemala paytaxtından 64 kilometr aralıda, San Martin Hilopetek şəhəri yaxınlığında baş verib.


Qəzanın səbəbləri hələlik məlum deyil. Bəzi məlumatlara görə, yüklənmə üzündən avtobusun əyləc sistemi sıradan çıxıb.


Sizin Reklam Yeriniz