Əlaqə Arxiv
news Image
2013.09.09
15:31
| A A A
Amerikada 1 il pulsuz təhsil almaq istəyən şagirdlərin nəzərinə!!!

Future Leaders Exchange Program (FLEX) 2014-2015 tədris ili üçün müsabiqə elan edir. FLEX proqram orta məktəb şagirdləri üçün nəzərdə tutulub. Proqramın qalibləri ailədə yaşamaq və orta məktəblərdə bir il təhsil almaq imkanı əldə edirlər. Proqramda iştirak etmək üçün heç bir xərc tələb olunmur. Qaliblər müsabiqə əsasında seçilirlər.

FLEX müsabiqəsində kimlər iştirak edə bilər?

  • 1 yanvar 1997-ci il tarixindən sonra, 15 iyul 1999-cı il tarixindən əvvəl anadan olan şagirdlər;
  • Müsabiqə keçirilən zaman 9, 10 və 11-ci sinif şagirdi olmalı;
  • Məktəbdə yaxşı və əla qiymətlərlə oxumalı;
  • İngilis dilini bilməli (namizədlər müsabiqə keçirilən an üçün ingilis dili biliklərini nümayiş etməlidirlər);
  • Azərbaycan vətəndaşı olmalı və beynəlxalq pasport almaq imkanına malik olmalı;
  • Amerikada vizaların verilməsi tələblərinə uyğun olmalı;

Fiziki məhdudiyyətli şagirdlər üçün tələblər:

  • 1 mart 1996-cı il tarixindən sonra, 15 iyul 1999-cı il tarixindən əvvəl anadan olan şagirdlər;
  • Müsabiqə keçirilən zaman 8, 9, 10 və 11-ci sinif şagirdi olmalı;
  • Məktəbdə yaxşı və əla qiymətlərlə oxumalı;
  • İngilis dilini bilməli (namizədlər müsabiqə keçirilən an üçün ingilis dili biliklərini nümayiş etməlidirlər);
  • Azərbaycan vətəndaşı olmalı və beynəlxalq pasport almaq imkanına malik olmalı;
  • Amerikada vizaların verilməsi tələblərinə uyğun olmalı;

FLEX Proqramının imtahanlarının keçirilməsinin tarixləri

Tarix

Saat

Həftənin Günü

Keçiriləcəyi yer

17/09/2013

09:00

Cərşəmbə axş.

Lənkəran – Məktəb # 4

23/09/2013

09:00

Cərşəmbə axş.

Şəki – Məktəb # 20

26/09/2013

09:00

Cümə axşamı

Mingəçevir – Məktəb # 10

29/09/2013

09:00

Bazar

Gəncə – Tekstilnı 3-cü mərtəbə

03/10/2013

09:00

Cümə axşamı

Naxçıvan – Məktəb # 7

12-13/10/2013

09:00

Şənbə/Bazar

Bakı – Məktəb #8

Qeydiyyatdan keçmək üçün bunları gətirmək lazımdır:

  • Doğum haqqında şəhadətnamə (metrika) və ya şəxsiyyət vəsiqəsi;
  • Bir ədəd (yeni) 3×4 sm ölçüdə fotoşəkil;
  • Qələm

FLEX Proqram Amerika Dövləti tərəfindən maliyyələşdirilir və Azərbaycan Respublikası

Təhsil Nazirliyi tərəfindən dəstəklənir.

Əlavə məlumat üçün Amerika Beynəlxalq Şurasına müraciət edə bilərsiniz:

Tel: (012) 436 75 29/30/31; Mob. (050)225 81 78;

E-mail: [email protected]

americancouncils.az

Sizin Reklam Yeriniz