Əlaqə Arxiv
news Image
2013.09.11
14:26
| A A A
Gürcüstandan Azərbaycana qızılca təhlükəsi?

Gürcüstanda qızılca xəstəliyi ilə bağlı vəziyyət yenidən təhlükəli həddə çatıb. Məlumatlara görə, artıq bu ölkədə qızılcadan ölüm halları qeydə alınmaqdadır. Azərbaycan Gürcüstanla sıx gediş-gəlişin olduğu ölkələr arsında olduğundan, eləcədə həmsərhəd olduğundan,  ölkəmizə bu xəstəliyin keçmə ehtimalı böyükdür. 

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva isə Movqe.az-a açıqlamasında Azərbaycanda qızılcaya qarşı immunlaşdırmanın yüksək səviyyədə aparıldığını, Gürcüstandan Azərbaycana bu xəstəliyin keçmə ehtimalının 0-a bərabər olduğunu söyləyib. Şöbə müdiri bildirib ki, hazırda Azərbaycanda qızılcaya yoluxma ilə bağlı bir fakt belə yoxdur: "Biz qızılca xəstəliyi ilə bağlı tam rahatıq. Çünki, immunlaşdırma işləri yüksək səviyyədə aparılıb və bu işlər davam edir. Biz Gürcüstandan Azərbaycana qızılca xəstəliyinin keçməsi ilə bağlı narahat deyilik".


Sizin Reklam Yeriniz