Əlaqə Arxiv
news Image
2013.09.11
15:26
| A A A
İldönümündə partlayış oldu

Movqe.Az xəbər verir ki, Mərkəzi şərq və Şimali Afrika ölkələrində ABŞ diplomatik nümayəndəliklərində təşkil edilən və səfir Kris Stivnsın həlak olduğu hücumların birinci ildönümündə hadisələrin baş verdiyi Liviyanın Benqazi şəhərində partlayış olub. Hadisənin şahidləri partlayışda  Xarici işlər nazirliyinə aid bir binanın böyük ziyan gördüyünü söyləyib. Hadisə yerində olan bir AFP fotoqrafı, Xarici işlər nazirliyinə aid binanın böyük hissəsinin yıxıldığını, ətrafda yerləşən Mərkəzi Bankın binasına da ağır ziyan dəydiyini bildirib. Partlayışın səbəbi hələ təsbit edilə bilməyib, lakin AFP-ə danışan şahidlər bomba yüklü bir avtomobillə hücum təşkil edildiyini iddia edib. Partlayış nəticəsində ölən və yaralananların ola biləcəyi deyilib. 2011-ci ildə Muammer Qəddafinin 30 ildən çox davam edən iqtidarının sonunu gətirən qiyamların beşiyi Benqazi, son aylarda əksəriyyəti keçmiş rejim üçün çalışmış təhlükəsizlik qüvvələri və məhkəmə mənsublarına yönəlmiş hücumlara ev sahibliyi edib. Hücumlarda diplomatlar və qərbli ölkələrin mənfəətləri də hədəf alınıb. Ötən il 11 sentyabr günü ABŞ-ın Benqazidəki baş konsulluğuna hücum təşkil edilmiş, səfir Stivns və üç ABŞ vətəndaşı həlak olmuşdu.

Benqazi, (ərəb. بنغازي‎‎) Liviyanın ikinci böyük şəhəridir. Aralıq dənizi sahilində yerləşən şəhərin əhalisi 650.000-dir. Uzun müddət Osmanlı idarəsində qalan Benqazi Tripoli savaşından sonra 1912-ci ildə Uşi anlaşması ilə İtaliyaya verildi. Şəhərin qədim adları Euesperides və Berenicedir. Benqazi adı isə, 1450-ci ildə ölən və dini bütün bir xeyirsevər olan Qazi (ya da Sidi qazi) adlı bir nəfərdən yaranıb. Ölümündən sonra şəhərin adı Beni qazi olaraq dəyişdirilmişdir. ( Beni qazi, qazinin oğulu vəya soyu anlamına gəlməkdədir).

Sizin Reklam Yeriniz