Fransanın təklifi böhran yaratdı
Movqe.Az xəbər verir ki, Fransa BMT Təhlükəsizlik Şurasına təqdim etmək üçün layihə hazırlayıb. Lakin "Suriyanın kimyəvi silahlarının beynəlxalq yoxlamaya verilməsi və məhv edilməsi əks halda bu ölkəyə qarşı hərbi güc istifadə edilməsini" nəzərdə tutan layihə Rusiyanın sərt etirazına səbəb olub. Rusiya Prezidenti Vladimir Putin, təkliflərinin həyata keçməsi üçün "ABŞ və dəstəkçilərinin güc istifadəsindən imtina etməsi lazım olduğunu" söyləyib. Bunun əvəzinə Fransa geri addım atdı və Rusiyanın "qəbul edilə bilməz" dediyi layihəni dəyişdirə biləcəyini bildirib. Bu vaxt dünən Rusiyanın tələbiylə Bakı vaxtilə 01.00-da bir araya gələcəyi açıqlanan BMT Təhlükəsizlik Şurasının konfransı təxirə salınıb.