Əlaqə Arxiv
news Image
2013.09.11
18:35
| A A A
Təranə Qumral: “Cabbarın pulu yox idisə...”-ÖZƏL

"Cabbar mənim şərəf və ləyaqətmi alçaldıb. Cabbar Musayev Məhkəmənin qərarını əsassız saya bilməz" bu sözləri Mövqe.az-a eksklüziv açıqlamasında Təranə Musayeva bildirib. Həmçinin o qeyd edib: " Cabbar deyir ki, ərimin dediklərini təkrar edib. Bəlkə biri dəlidir öznü dağdan atacaq. O da öznü dağdan atacaq?! Onlar yaxşı bilirlər ki, Musaəsəbidir. Qardaşları xəstədir. Hamı bilir ki, Azərbaycan kişiləri söyüşcül olur. Musa da elədir. Musa o sözləri desə də mən onu bağışlamışam. Onları bağışlamıram. Məhkəmə 5 min təzminat təyin etsə də mən 100 min istəyirəm. Üstəlik bütün infomasiya portallarında onlar mənim şərəf və ləyaqətimi alçaldıb, təhqir etdikləri üçün üzr istəməlidirlər. Cabbarın pulu çoxdur. Ağlamasın ki, pulum yoxdur. Pulu var, lap çoxdur. Pulu yox idisə o, təhqirli ifadələri deyəndə düşünərdi. Onları heç vaxt bağışlamaram. Onlar bu sözləri deyəndə düşünərdilər. Azərbaycan qanunlarının aliliyinə şübhə etmək olmaz".

Xatırladaq ki, Təranə Qumral Nərimanov rayon Məhkəməsinə müraciət etmişdi, məhkəmə də Cabbar Musayevin 5 min manat cərimələnməsi haqqında qərar çıxarıb. Bu barədə Cabbar Musayev özü də açıqlama verib:

Bunu AzNews.az-a müğənni və bəstəkarCabar Musayevdeyib. Onun sözlərinə görə, məhkəmənin qərarı gözlənilməz olub: "Mən belə bir qərarı ağlıma da gətirməzdim. Haqsızlıqlar. Mənim iddiam olacaq. Təranə mənim ailəmi, gəlinimi təhqir edib. Mən qardaşım deyən təhqirləri demişəm. Qardaşım deyib ki, "o əxlaqsızdı", mən də bunu demişəm. Məhkəmə bizə Azərbaycan tarixində görünməyən cərimə yazıb. Şəxsi münaqişəyə görə bu boyda cərimə göstərilmir. Bu, Bakı Apellyasıya Məhkəməsində öz əksini tapacaq. Oradada da tapmasa, mütləq Ali Məhkəmədə tapacaq. Sən demə, burada ikili oyunlar gedib. Elə başa düşmüşük ki, normal söhbətlər gedib. Sən demə, bu oyunmuş".












Sizin Reklam Yeriniz