Elmira Süleymanova əfvdən danışdı
Ombudsman əfvlə bağlı yeni sərəncamının verilməsinə ümidli olduğunu deyib
"Hər ay Ombudsman Aparatına əfvlə bağlı müraciətlər daxil olur ki, biz də onu Prezident yanında Əfv məsələləri komissiyasına göndəririk". APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın insan hüquqları müvəkkili (Ombudsman) Elmira Süleymanova bildirib.
O qeyd edib ki, əfvlə bağlı yeni sərəncamının verilməsinə ümidlidir: "İstənilən halda bu, prezidentin səlahiyyətlərinə aiddir. Biz qəbul etdiyimiz müraciətləri yalnız təklif formasında verə bilərik".
E.Süleymanova həbsdə olan tanınmışlardan konkret kimlə bağlı ona müraciət olunması barədə açıqlama verməyib.