Əlaqə Arxiv
news Image
2013.09.12
13:00
| A A A
FAO-nun dünyadakı 6-cı ofisi Azərbaycanda açıla bilər

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının ofisinin açılması ilə bağlı Azərbaycan hökumətinə saziş təqdim olunub

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) bu ilin sonunadək Azərbaycanda əlaqələndirmə ofisinin açılması gözlənilir. Bunu Kənd Təsərrüfatı nazirinin müavini Aslan Aslanov Ans press-ə açıqlamasında bildirib.


Onun sözlərinə görə, indi FAO-nun Azərbaycanda əlaqələndirmə ofisinin açılması ilə bağlı təşkilat tərəfindən rəsmi olaraq Azərbaycan hökumətinə saziş təqdim olunub. Saziş müxtəlif dövlət qrumlarına göndərilib və rəy alınıb: "Biz bu məsələni bir neçə dəfə hökumət və FAO qarşısında qaldırmışıq. Hesab edirik ki, FAO ilə Azərbaycan arasında sıx əlaqələr ölkəmizdə təşkilatın nümayəndələyinin yaxın vaxtlarda açılmasına imkan verəcək".


Xatırladaq ki, FAO-nun əlaqələndirmə ofisi dünyanın beş dövlətində var və altıncısı Azərbaycan olacaq. Qazaxıstan və Rusiya da bu ofisin açılmasında maraqlıdır.


Sizin Reklam Yeriniz