Əlaqə Arxiv
news Image
2013.09.13
11:19
| A A A
Bu gün cəbhə xəttində növbəti monitorinq keçiriləcək
Monitorinq ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq keçirilir Bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycan Respublikasının Ağdam rayonunun Sarıcalı kəndinin yaxınlığındakı təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Piter Svedberq keçirəcək.

Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçisi Jiri Aberle, Minsk Qrupunun həmsədri Ceyms Uorlik (ABŞ) və onun köməkçisi Cefri Huls keçirəcəklər.
Sizin Reklam Yeriniz