Movqe.Az xəbər verir ki, Almaniyada 22 Sentyabrda keçiriləcək ümumi seçkilərdə Angela Merkelin rəqibi olaraq mübarizə aparacaq, lakin qazanması möcüzələrə bağlı olan Sosial Demokratlar Partiya lideri Peer Steinbruekün verdiyi bir poza mübahisə yaradıb. Sueddeutsche Zeitung qəzetinin Cümə günləri çıxan həftəlik üz qapağında yerləşən şəkildə Steinbrueck orta barmağını göstərib. Steinbrueckün, bu pozası, sözlə deyil hərəkətlə cavablandırılması istənən bir suala cavab verir. Sual isə seçki kampaniyası əsnasında etdiyi hərəkətlər və səhvlər haqqında nə düşündüyü olub. Sosial Demokratlar liderinin bu fotosu kampaniya müddətində yaşadığı "kədərinin" əksi olaraq şərh olunub. Steinbrueckün rəqibi Merkel isə az qala eyni gün məşhur "The Economist" jurnalının qapağında, "bütün qitəni idarə edəcək qadın" başlığıyla, Avropanın hakimi olaraq adlandırılıb.