Əlaqə Arxiv
news Image
2013.09.13
16:30
| A A A
İntihar edən əsgərin “Facebook”dakı son statusu

Bu gün intihar etdiyi deyilən 1994-cü il təvəllüdlü Azərbaycan Ordusunun hərbçisi Anar Əsgərli "Facebook" sosial şəbəkəsində 5 saat əvvəl paylaşımlar edib. 


Mövqe.az xəbər verir ki, Müdafiə Nazirliyinin az öncə yaydığı rəsmi məlumatda qeyd olunur ki, hadisə bu gün Şəmkir  hərbi birləşməsinin Tovuz rayonunda yerləşən N saylı hərbi hissəsində  baş verib və əsgər tabeliyində olan silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Əsgərin nə üçün intihar etdiyi bəlli deyil. Fakt üzrə cinayət işi başlanılıb, araşdırma aparılır. 


Anar Əsgərov adı ilə "Facebook"da qeydiyyatdan keçən mərhum əsgərimiz 5 saat əvvəl profil fotosunu yeniləyib. O, son olaraq bu statusu paylaşıb: "Bir şəhid anası dövlətə səsləndi: "18 il kirayədə oğul böyütdüm, dövlət onu 18 ay qoruya bilmədi".


Qeyd edək ki, intihar edən əsgər son vaxtlar bədbin notlara köklənən "Həyat budu?", "Bəlkə, mənim də qismətim bir güllə oldu" kimi statuslar yazıb.

Sizin Reklam Yeriniz